Azərbaycan startapı Perkskit 90 min Avro investisiya alıb

Cəmil Hüseynzadə
18 Avqust 2022 12:03
801 baxış
Azərbaycan startapı Perkskit 90 min Avro investisiya alıb

Yerli startap Perkskit Startup Wise Guys-dan 90 min Avro investisiya alıb. Startup Wise Guys-ın keçirdiyi investisiya turunda 7 ölkədən startaplar iştirak ediblər. İnvestisiya turunda qalib olan 11 startapa investisiya ilə yanaşı məhsul və satış strategiyasına kömək etmək üçün mentorluq dəstəyi də göstəriləcəkdir. 

Startup Wise Guys-ın baş partnyoru Günce Önür tech.az mediyaya açıqlamasında Perkskit startapı haqqında düşüncələrini bölüşüb: “Startup Wise Guys olaraq biz Perkskit startapına sərmayə qoymaqdan sevinc hissi keçiririk. Perkskit qurucu ortaqlarının sektor və iş təcrübəsi bizi həqiqətən heyran etdi. Xüsusilə də, gənc əməkdaşlar arasında işlədikləri müəssisələrin onlara təklif etdiyi əlavə haqlar məsələsinin çox önəmli olduğunu və qərar qəbul etmələrində maaşları qədər önəmli bir faktor olduğunu gördük. Biz tam inanırıq ki, Perkskit sürətlə inkişaf edəcək və bir çox qlobal bazarlarda, xüsusən də Aİ ölkələrində yüksək potensiala çatacaq.”

Günce Önür investisiya haqqında: “Biz Perkskit startapına 90 000 avro sərmayə qoymuşuq. Eyni zamanda, Perkskit AYİB-in (Avropa Yenidənqurma və İnkişaf Bankı) tərəfdaşı olan və Startup Wise Guys tərəfindən idarə olunan FinTech Akselerasiya Proqramında iştirak edəcək. Proqramdan sonra 300 min avroya qədər yenidən investisiya etmək imkanımız var. Amma buna ikinci sərmayəyə proqramın sonunda qərar verəcəyik.” sözlərini deyib. 

Perkskit HR sərmayələrini maksimum dərəcədə artırmaq üçün alternativlər təklif edən startapdır. Perkskit  biznes nəticələrini artırmaq üçün bizneslərə bacarıqlı işçi təcrübəsi yaratmaq imkanı verir. Startap SAHAB.lab akselerasiya mərkəzinin rezidentidir və ötən ay 25 min manat investisiya almışdı.

© copyright 2022 | tech.az | info@tech.az