Azərbaycanda Global Game Jam hakatonu keçiriləcək

19 Yanvar 2023 00:24
454 baxış
Azərbaycanda Global Game Jam hakatonu keçiriləcək
Tədbirin Keçirilmə Tarixi 03.02.2023
Müraciət Et

Hər il ənənəvi olaraq ölkəmizdə keçirilən Global Game Jam hakatonu Gamepons-un təşkilatçılığı və tech.az-ın media dəstəyi ilə baş tutacaq. 3-5 fevral tarixlərində keçiriləcək hakatonda iştirakçılar yeni oyunlar hazırlamaq üçün yarışacaqlar. 2 gün müddətində komandalar oyunlarını təcrübəli yerli oyun studiyalarına təqdim edəcək, onlardan rəy alacaq və potensial karyera təklifləri qazana biləcək.
Yarış müddətində iştirakçılara ekpsertlər tərəfindən mentorluq dəstəyi göstəriləcəkdir.
Global Game Jam (GGJ) hər il dünyanın bir çox yerində eyni vaxtda keçirilən oyun hakatonudur. Tədbir ilin müəyyən günlərində dünyanın müxtəlif bölgələrində eyni vaxtda keçirilir. İştirakçılar tədbir sahələrində bir araya gəlir və məhdud vaxtda ideyalar yaradırlar; kiçik komandalar qurur; yaradıcı və innovativ oyunlar inkişaf etdirir; inkişaf etdirdikləri oyunları digər iştirakçılara və beynəlxalq ictimaiyyətə təqdim edirlər. 2013-cü ildən etibarən tədbir Global Game Jam Incorporated tərəfindən təşkil edilir. 2014-cü ilin yanvar ayında GGJ 73 ölkədə 485 fərqli məkanda keçirilmişdi və nəticədə 4289 oyun hazırlanmışdı.
Global Game Jam hər ilə ölkəmizdə Gamepons-un təşkilatçılığı ilə həyata keçirilir. Gamepons Global Game Jam-in ölkə üzrə rəsmi nümayəndəsidir.

© copyright 2022 | tech.az | info@tech.az