Azərbaycanın 4-cü peykini Space X şirkəti orbitə buraxa bilər 

Bənövşə Kazımova
05 Dekabr 2022 12:58
133 baxış
Azərbaycanın 4-cü peykini Space X şirkəti orbitə buraxa bilər 

Azərbaycanın 4-cü peykinin İlon Maskın Space X şirkəti tərəfindən buraxılacağı bildirilib. 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov açıqlama verib. O, açıqlamasında “Biz növbəti peykin orbitə buraxılması üçün tender elan edəcəyik. Bu gün dünyada bu sahədə ən aşağı qiyməti təklif edən İlon Maskın rəhbərlik etdiyi ABŞ-nin “Space X” şirkətidir”,- deyə qeyd edib.

Saməddin bəy vurğulayıb ki, Azərbaycanın 4-cü peykinin 3 ildən sonra – 2025-ci ildə orbitə göndərilməsi planlaşdırılır: “Əminəm ki, “Space X” yaxşı qiymət verəcək, çünki bütün dünyada, bazarda ən ucuz qiyməti məhz bu şirkət təklif edir. Amma biz indi deyə bilmərik ki, onlarla birlikdə peyki orbitə buraxmağı planlaşdırırıq. Çünki hələ tenderə başlamamışıq. Hələ onlarla kommunikasiya yoxdur. Çünki bizim peyk proqramları hələ iki il sonra olacaq. Növbəti peykimiz yerüstü müşahidə peyki olacaq və “Azersky-2″ adlanacaq. Təxminən 2025-ci ilə bu peykin orbitə buraxılması nəzərdə tutulur.”

© copyright 2022 | tech.az | info@tech.az