Azərbaycanın İlk Vençur Kapital Fondu - Caucasus Ventures Quruldu

Səbinə Eyvazova
01 Dekabr 2022 13:22
307 baxış
Azərbaycanın İlk Vençur Kapital Fondu - Caucasus Ventures Quruldu

Azərbaycanın ilk vençur kapital fondu "Caucasus Ventures" təqdim edilib. İnnovasiya ekosisteminin inkişafı üçün böyük əhəmiyyət kəsb edən fond İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, “PAŞA Holdinq” Şirkətlər Qrupu və fərdi investorların iştirakı ilə yaradılıb. Gələcək illərdə fond həm Azərbaycanda, həm də yaxın ölkələrdə startapların inkişaf üçün yatırım edəcəkdir. "Caucasus Ventures" 11,3 milyon manat maliyyə fonduna sahibdir. “Caucasus Ventures” fondunun rəhbəri Məmməd Kərimdir. Uzunmüddətli təcrübəyə sahib olan Məmməd bəy startaplarla iş üzrə peşəkar ekspertdir. Məmməd bəy "Tech.az Media"ya verdiyi açıqlamada fondun gələcək planları ilə bağlı məlumat verib.

 

© copyright 2022 | tech.az | info@tech.az