Azərbaycanın oyun komandası Eternal7Esport yeni “Dragon” Series formasını təqdim edib

Səbinə Eyvazova
01 İyul 2022 13:30
75 baxış
Azərbaycanın oyun komandası Eternal7Esport yeni “Dragon” Series formasını təqdim edib

Ölkəmizdə e-İdman sahəsində keçirilən bir neçə yarışın qalibi olan Eternal7Esport oyun komandasına NME, ForGamers və GameNoteBaku şirkərləri sponsorluq edir. Həmçinin komanda PUBG və Valortant-da iştirak edir.

Məlumat üçün qeyd edək ki, e-İdman onlayn oyunlara əsaslanan idman növüdür. Elektron idman dünyanın hər yerindən insanların internet vasitəsilə tanış olub oyun oynadığı və ya böyük beynəlxalq elektron idman təşkilatları vasitəsilə dünyanın müxtəlif yerlərindən insanların görüşüb oyun oynaya bildiyi idman növü hesab olunur. Digər idman yarışlarında olduğu kimi, e-İdman yarışlarında da fərdlər və ya komandalar rəqabətə girir və oyunçulardan həm fiziki, həm də zehni səy və bacarıq tələb edir.

© copyright 2022 | tech.az | info@tech.az