Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri azalıb

Bənövşə Kazımova
30 Sentyabr 2022 13:38
100 baxış
Azərbaycanın peyk xidmətlərinin ixrac gəlirləri azalıb

Bu ilin yanvar-avqust ayları ərzində “Azərkosmos” dünyanın 36 ölkəsinə 17,2 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri ixrac edilib.

Bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi verib. Verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 44,1% azalıb. “Azərkosmos”-un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 83%-ni təşkil edib. 2022-ci ilin avqust ayında isə şirkət tərəfindən dünyanın 33 ölkəsinə 2,1 milyon dollar dəyərində xidmət ixrac edilib.

2022-ci ilin yanvar-avqust ayları ərzində peyk telekommunikasiya və optik peyk xidmətlərinin ixrac olunduğu ölkələr arasında ilk beşlikdə 4,4 milyon dollar ilə Birləşmiş Krallıq, 3,5 milyon  dolları ilə Fransa, 2,9 milyon dollar ilə Lüksemburq, 1,6 milyon dollar ilə BƏƏ və 956,7 min dollar ilə Pakistan yer alıb.

© copyright 2022 | tech.az | info@tech.az