Azərbaycanın startapları ‘’Boğaziçi’’ Universitetinin akselerasiya proqramına qəbul olub

Bənövşə Kazımova
08 İyul 2022 13:30
58 baxış
Azərbaycanın startapları ‘’Boğaziçi’’ Universitetinin akselerasiya proqramına qəbul olub

Azərbaycanın startapları Türkiyə Teknoloji Takımının (T3 Vakfı) dəstəyi ilə həyata keçirilən ‘’Boğaziçi’’ Universitetinin Akselerasiya proqramına qəbul olub

Proqramda iştirak imkanı qazanmış startaplar 26-29 may tarixlərində ‘’TEKNOFEST AZƏRBAYCAN’’ Festivalı çərçivəsində keçirilmiş Take Off Baku Startap Sammitində iştirak ediblər. Bu startaplar DropbyDrop, HealWith, Tenter, Asuniser, Enthouse, Safavy startaplarıdır. Gəlin bu startaplarla yaxından tanış olaq.

DropbyDrop startapı kondisionerlərin iş prosesində əmələ gələn suyun təkrar emalı üçün həll yolları təqdim edir.

HealWith startapı mobil tətbiq vasitəsilə bitkilərin xəstəliklərinin təyin edilməsi və bitkilərin böyüməsində baş verən dəyişikliklərin müəyyən edilməsi üçün platforma təklif edir. 

Tenter startapı gənc proqramistlərə proqramlaşdırmanı ən asan formada öyrətməyi hədəfləyən proqramçılar cəmiyyətidir. Əsas missiya gənclərin proqramlaşdırmada qarşılarına çıxan problemlərin digər icma üzvləri tərəfindən cavablandırılmasını təmin etmək və qarşılıqlı və dayanıqlı öyrənmə mühiti yaratmaqdır. 

Asuniser startapı elektrik cərəyanı kəsildiyi tədirdə dəzgahların iş prosesinə davam etməsi üçün həll yolları təklif edir.

Enthouse startapı isə şəhər konsepsiyası üzrə məhdud ərazidə vertikal fermaçılıq təşəbbüslərinin

optimallaşdırılmasını təklif edir.

 Safavy onlayn platforma vasitəsilə təhsil xidmətləri təqdim edərək oxucularla mentorları birləşdirir.

© copyright 2022 | tech.az | info@tech.az