Bakıda “Uzakrota Caucasus 2022” turizm tədbiri baş tutacaq

Bənövşə Kazımova
06 Sentyabr 2022 16:31
351 baxış
Bakıda “Uzakrota Caucasus 2022” turizm tədbiri baş tutacaq

Sentyabrın 29-da Bakıda Azərbaycan Turizm Bürosu, WTatil, Malayziya Turizm Təşkilatı, Park Inn Radisson, Paximum, Balkan Holidays, SKYhub, Flyhub, Travel Zone, Tale Travel və s. təşkilatların dəstəyi ilə “Uzakrota Caucasus 2022” tədbiri baş tutacaq.

Tədbirdə onlayn səyahət agentlikləri, hava yolları şirkətləri, otellər, tur operatorları, səyahət texnologiyası startapları, investorlar, vençur kapitalistlər, texnologiya şirkətləri tərəfindən Qafqaz regionunun turizm ekosistemi ilə bağlı bir çox məsələlər, turizmin gələcəyi ilə bağlı gözləntilər, eləcə də turizm sahəsinin mövcud və potensial uğursuzluqlarının həlli yolları müzakirə ediləcək.

Müzakirə olunacaq mövzulardan bəziləri aşağıdakılardır:

- Azərbaycan, Türkiyə, Qafqaz və Dünya turizmi
- Otel Sənayesi 
- Yeni nəsil səyahət
- Rəqəmsal yərəfdaşlıqlarla yeni bazarların yaradılması

Tədbir zamanı turizmin bir çox alt sektorlarından olan müxtəlif şirkət nümayəndələri öz stendlərində dayanıb şirkətlərini təqdim edə biləcəklər.

Tədbirdə Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid, Azərbaycan Turizm Bürosunun direktoru Sevda Əliyeva, Azərbaycan Otellər Assosiasiyasının biznesin inkişafı üzrə meneceri Nərmin Aktaş, Forbes Travel Guide-nin baş vitse-prezidenti Kris Fradin, Business Insider-in baş  vitse-prezidenti Culian Çaylds, Pronto Tour-un baş direktoru Əli Onaran, Pasha Travel-in baş direktoru Çingiz Mürsəlov, Talma Travel-in baş icraçı direktoru İya Magen, Allegra Cruises-in prezidenti Mihalo Vukiç, Tale Travel-in baş icraçı direktoru Sabin Tarsoaga, Shallwego İdarə Heyətinin üzvü Arif Günəş, Balkan Holidays-in təsisçisi Bojan Petkovic və digər spikerlər iştirak edəcəklər.

Tədbirin bütün spiker və sponsorları görmək üçün buraya daxil ola bilərsiniz.

Mükafatlar: 
2014 - Hürriyet "Türkiyənin ən yaxşı veb saytı"
2018 - Red Herring "Top 100 Avropa şirkəti"
2018 - Bidroom "Dünyanın 10 ən nüfuzlu turizm tədbirlərindən biri".
2019 - HIS Travel "Dünyanın ən yaxşı 5 turizm tədbirlərindən biri"
2020 - Hepstar "Dünyanın ən yaxşı 10 turizm tədbirlərindən biri"
2021 - Rent'n Connect "Dünyanın ən yaxşı 10 turizm tədbirlərindən biri"

© copyright 2022 | tech.az | info@tech.az