Beynəlxalq Kosmik Stansiyaya ilk qadın komandir təyin edilib

Bənövşə Kazımova
01 Oktyabr 2022 16:59
79 baxış
Beynəlxalq Kosmik Stansiyaya ilk qadın komandir təyin edilib

İtaliyalı kosmonavt Samanta Kristoforetti Beynəlxalq Kosmik Stansiyaya (BKS) komandanlıq edən ilk avropalı qadını olub.

Kristoforetti Frank de Vin, Aleksandr Gerst, Luka Parmitano və Tomas Pesketdən sonra stansiyanın beşinci komandiri təyin edilib.  Kristoforetti “Mən kosmosda və Yer kürəsində qazandığım təcrübəyə əsaslanaraq, orbitdə çox istedadlı komandaya rəhbərlik etməyi səbirsizliklə gözləyirəm”- bildirib.

Bildirək ki, onun vəzifəsi Yer kürəsində ekipajlarla əlaqə saxlamaq və fövqəladə hallarda ekipajın reaksiyasını koordinasiya etmək olacaq. Həmçinin Kristoforetti orbitdəki kosmonavtların performansına və sağlamlığına da cavabdeh olacaq.

1998-ci ildə inşasına başlanan BKS 2 noyabr 2000-ci ildə kosmonavt Bill Şeferd və rus kosmonavtları Sergey Krikalev və Yuri Gidzenkonun kosmosa göndərilməsiylə rəsmi olaraq istifadəyə verilib.

© copyright 2022 | tech.az | info@tech.az