“Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” başlayıb

Bənövşə Kazımova
05 Dekabr 2022 13:51
136 baxış
“Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022” başlayıb

Bu gün Elm və Təhsil Nazirliyinin dəstəyi ilə Bakı Ekspo Mərkəzində “Beynəlxalq STEAM Azərbaycan Festivalı 2022”yə start verilib. 

Festival 10 kateqoriya üzrə yarış, həmçinin 1 kateqoriya üzrə innovativ layihələr sərgisi formatında təşkil edilib.  Festivalın açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, dövlət rəsmiləri, deputatlar iştirak ediblər. Məlumat üçün bildirək ki, festivala ümumilikdə 350 komandadan 1312 nəfər iştirak hüququ qazanıb. Bunlardan 127-i xarici ölkə, 442-i isə yerli iştirakçıdır. iştirakçılar Türkiyə, Böyük Britaniya, İsveç, Estoniya, Özbəkistan, Qazaxıstan və Türkmənistanı təmsil edirlər. 

Festivalın keçirilməsində məqsəd STEAM əsaslı tədrisin təşviqi, şagirdlər arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı, rəqəmsal texnologiya biliciləri olan şagird və tələbələrin aşkarlanması, şəbəkələşməsi, eləcə də innovasiyalar və rəqəmsallaşma üzrə beynəlxalq təcrübənin öyrənilməsindən ibarətdir.

© copyright 2022 | tech.az | info@tech.az