BRINGLY VƏ AIREX BİRLƏŞDİ - BRINGLY OLDU

Bənövşə Kazımova
25 Noyabr 2022 19:44
170 baxış
BRINGLY VƏ AIREX BİRLƏŞDİ - BRINGLY OLDU

Dünyada "e-commerce" startaplarının sayının artmasından sonra yeni startaplar da meydana gəlməyə başladı. Bunlar çatdırılma startaplarıdır. Ölkəmizdə də bu istiqamətdə startapların sayı artmaqdadır.

Noyabr ayının 25-də Bringly və Airex aktivlərinin birləşdiyini elan edib. Məlumatda qeyd olunub ki, yeni şirkət Bringly adlandırılacaq. 

“Bringly” MMC-nin İcraçı Direktoru Tural Vəliyev və “Airex” MMC-nin Direktoru İsmayıl Talıbov bu birləşməni yüksək qiymətləndirib. Tural Vəliyev öz müsahibəsində karqo sektorunda, ümumiyyətlə ölkədə belə təcrübənin çox az olmasını qeyd edib: “Biz fəaliyyətə başladığımız gündən bu yana 25 min müştəriyə xitab edirik, promokod, kompensasiya, iadə kimi unikal sistemlər təklif etmişik. Bu cür birləşmələr ilə daha çox müştəriyə xidmət göstərə biləcəyik”.

O, çıxışında yaxın zaman üçün planlarından da danışıb: “Hazırda biz Türkiyədən həftədə 6 reys təklif edirik. Gələn həftədən etibarən müştərilərimiz Amerikadan sifarişlərini Bringly ilə Azərbaycana gətirə biləcək. 2023-cü ildən isə yeni bazarlara girmək haqda ciddi işlər görürük”. 

“Bringly” MMC şirkəti 2021-ci ilin ilk rübündən fəaliyyət göstərir. 25 min müştəriyə xitab edir. Bakıda Nərimanov və Qarayev anbarları mövcuddur. Bölgələrdə 30-dan artıq təhvil nöqtələri ilə əməkdaşlıq edir. Şirkət yeni ildən Orta Asiyada yeni bazarlara daxil olmağa hazırlaşır.

© copyright 2022 | tech.az | info@tech.az