Bu gün dünya “Caps Lock” günüdür

Cəmil Hüseynzadə
22 Oktyabr 2022 18:26
747 baxış
Bu gün dünya “Caps Lock” günüdür

Olduqca qəribə görünsə də, bu həqiqətdir. Bu gün dünya “Caps Lock” günüdür. Bu günün tarixi çox keçmişə dayanmır. Kompüterlərin kütləvi şəkildə yayılmasından sonra, 2000-ci illərin əvvəlindən etibarən bu gün qeyd edilir.

ABŞ-nin Ayova ştatından yaşayan Derek Arnold internetdə özlərini vurğulamaq üçün bütün böyük hərflərdən istifadə edən insanlar sayının kifayət qədər çox görüb. Bir çox istiafdəçi üçün bu hal (bütün hərflərin böyük hərflə yazılması) xoşagəlməzdir. İnternet istifadəçilərinin əksəriyyəti bunu qeyri-estetik hesab etməklə yanaşı, bəzən aqressiya mesajı olduğunu düşünürlər. Daim “Caps Lock” istifadə edərək yazı yazan və digər insanlarda ikrah hissi oyadanlarla zarafat etmək üçün Arnold bu günü təsis edib. O, xatırlatmaq istəyirdi ki, böyük hərflər yazmaq qışqırmağa bənzəyir. Yazımızı oxuyanlar səsimizi ölçə bilmədiklərindən, üz ifadəmizi və ya bədən dilimizi görə bilmədiklərindən bunu yanlış anlaya bilərlər.

Kompüterlərdən və “shift” kilidindən əvvəl, əksər yazı maşınları köhnə günlərdə yalnız böyük hərflərlə yazı yaza bilirdi. 1870-ci illərdə yazı maşını istehsalçısı Remington həm böyük, həm də kiçik hərfləri yazmaq üçün erqonomik bir yol tapdı. O, bunu hər bir yazı çubuqunda böyük və kiçik hərf kimi iki simvol və ya hərf yerləşdirməklə etdi. İki simvol arasında keçid etmək üçün yazıçılar bütün növ bar aparatını fiziki olaraq hərəkət etdirən “Shift” düyməsini istifadə etməyə başladılar.

Beynəlxalq Caps Lock Gününü qeyd etməyin ən yaxşı yolu olduqca sadədir, "Caps Lock" istifadə etməmək.

© copyright 2022 | tech.az | info@tech.az