Canva yeni alətlər dəsti Visual Worksuit-u təqdim edib

Bənövşə Kazımova
14 Sentyabr 2022 14:13
88 baxış
Canva yeni alətlər dəsti Visual Worksuit-u təqdim edib

Canva Visual Worksuit -  yeni alətlər dəstini təqdim edib. İstifadəçilər Visual Worksuit vasitəsilə videolardan fonları silə, vebsaytlar qura və təqdimatları uzaqdan idarə edə biləcəklər.

Bu alətlərin bəziləri ilə tanış ola bilərsiniz.

Canva Docs: Bu xüsusiyyət ənənəvi mətn sənədlərini vizual olaraq daha cəlbedici edir. İstifadəçilər bundan istifadə edərək Canva-nın 100 milyondan çox dizayn nümunələrindən ibarət kitabxanasına daxil ola və sənədlərin yaradılmasına fərdi yanaşma üçün onları işlərinə daxil edə bilərlər.

Canva Websites: Lazımi texniki bacarıqlar olmadan istənilən cihazdan vizual cəlbedici və interaktiv veb-saytlar yaratmağa kömək edir. Dəqiqələr ərzində yüzlərlə peşəkar səviyyəli veb sayt şablonları, fərdiləşdirilə bilən domenlərlə və istəkdən asılı olaraq şifrə ilə qorunan veb-sayt yaradıla və dərc edilə bilər.

Canva Whiteboards: Şəkillər, diaqramlar, sinxron taymer və bir çox yeni məhsuldan istifadə edən komandalarda əməkdaşlığın və məhsuldarlığın artırılmasına yönəlib.

Video Background Remover: İstifadəçilər bir kliklə istənilən videonun fonunu silə bilər ki, bu da böyük büdcələr və ya mürəkkəb proqram təminatı olmadan peşəkar görünüşlü məzmun yaratmağı asanlaşdırır.

Məlumatların vizuallaşdırılması: Canva bununla məlumatları və statistikanı sadə, aydın və başa düşülən interaktiv məlumat vizualizasiyasına çevirə biləcək.

Təqdimatların uzaqdan idarədilməsi: Bu alət təqdimata uzaqdan nəzarət imkanı verəcək. Bu da istifadəçilərə yeni virtual klikdən istifadə edərək istənilən cihazdan təqdimatlarına nəzarət etməyə şərit yaradacaq.

© copyright 2022 | tech.az | info@tech.az