Cek Dorsi Twitter-in CEO-su vəzifəsinə qayıdacağı ilə bağlı iddiaları rədd edib

Bənövşə Kazımova
12 May 2022 13:30
72 baxış
Cek Dorsi Twitter-in CEO-su vəzifəsinə qayıdacağı ilə bağlı iddiaları rədd edib

Ötən ilin noyabrında Twitter-in CEO-su vəzifəsindən istefa verən Cek Dorsi İlon Maskın Twitter-i 44 milyard dollara satın almasından sonra açıqlamalar verib. Twitter-də 2,36 faiz paya sahib olan Dorsi Twitter-in hər zaman onun ən böyük problemi və peşmançılığı olduğunu ifadə edərək Maska güvəndiyini və bir daha heç vaxt Twitter-in CEO-su olmayacağını bildirib. Dorsey hələ də Twitter-in direktorlar şurasında oturur, lakin mayın sonuna planlaşdırılan 2022-ci il səhmdarlarının yığıncağında səlahiyyət müddəti bitdikdən sonra gedəcək. Qeyd edək ki, Twitter-in həmtəsisçisi olan Dorsi əvvəllər CEO vəzifəsində çalışsa da, 2008-ci ildə vəzifəsindən uzaqlaşdırılmış və yerinə başqa həmtəsisçi gətirilmişdi. Amma 2015-ci ildə şirkətə yenidən qayıtmışdı.

© copyright 2022 | tech.az | info@tech.az