ChatGPT MBA imtahanından keçib

Bənövşə Kazımova
24 Yanvar 2023 14:19
221 baxış
ChatGPT MBA imtahanından keçib

Son zamanların ən populyar süni intellekti olan ChatGPT İlon Mask, Donald Tramp və Hudi Allen kimi məzunları olan Wharton biznes məktəbinin imtahanından uğurla keçib.

Pensilvaniya Universitetinin Biznes Məktəbi olan Wharton (və ya Wharton MBA ) 142 illik tarixi ərzində yüzlərlə, hətta minlərlə məzun yetişdirmişdir. Deyə bilərik ki, dünyanın ən prestijli biznes məktəbi olaraq görülən Wharton-dan məzun olmaq böyük uğur kimi qəbul edilir. 

Məktəbin professoru Kristian Terviş ChatGPT-ni sınaqdan keçirmək, eləcə də "Süni intellekt universitet imtahanlarında uğur qazana bilərmi?" sualına cavab tapmaq üçün eksperiment hazırlayıb və buraxılış imtahanın suallarını ChatGPT-yə təqdim edib. 

Daha sonra verdiyi hesabatda professor süni intellektin imtahanı uğurla bitirdiyi və bir çox məktəbi bitirən tələbələrdən daha yaxşı qiymət aldığını bildirib. Professor onu da qeyd edib ki, süni intellekt əməliyyatların idarə edilməsi, təhlili və bu kimi suallara düzgün cavab verməklə yanaşı, onların çox yaxşı izahını verib, amma riyazı məsələlərdə düzgün cavab təqdim edə bilməyib. Beləliklə, sübut olunub ki, süni intellekt Wharton kimi köklü və çətin bir məktəbin buraxılış imtahanından keçmək üçün istifadə edilə bilər.

Onu da vurğulayaq ki, hesabat dərc edildikdən sonra mövzu ilə bağlı fikirlərini bildirən bir çox pedaqoqlar ChatGPT-nin tələbələrin öyrənmə sevgisinə son qoyduğunu və bir çox tələbənin bu süni intellektdən istifadə edərək imtahanları asanlıqla keçə biləcəyindən narahat olduqlarını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az