Çin şirkəti telefon nömrələrinin sonu “5” rəqəmi ilə bitən şəxsləri işə götürmür

Bənövşə Kazımova
17 Sentyabr 2022 16:56
218 baxış
Çin şirkəti telefon nömrələrinin sonu “5” rəqəmi ilə bitən şəxsləri işə götürmür

Çində Quandun əyalətində yerləşən bir şirkət telefon nömrələrinin sonu “5” rəqəmi ilə bitən şəxsləri işə götürmür.

Bu barədə təlimatı şirkət rəhbəri özü verib. Məlumata görə, o, 5-in uğursuz rəqəm olduğunu və ona problemlər gətirəcəyini düşünür.

Astrologiya və numerologiya üzrə ixtisaslaşan bloqerlərdən biri izah edib ki, qəribə iş şərtləri çox güman ki, qədim Çin mətnlərinə əsaslanır. Bundan əlavə, şirkət rəhbərləri arasında da kifayət qədər mövhumatçılar var.

© copyright 2022 | tech.az | info@tech.az