Çip istehsalçıları hökumətdən işçilər üçün səfərbərliyin təxirə salınmasını istəyib 

Bənövşə Kazımova
26 Sentyabr 2022 14:22
33 baxış
Çip istehsalçıları hökumətdən işçilər üçün səfərbərliyin təxirə salınmasını istəyib 

Rusiya Elektronika Tərtibatçıları və İstehsalçıları Assosiasiyası (ARPE) hökumətdən işçilər üçün səfərbərliyin təxirə salınmasını istəyib. Вu barədə "Kommersant" nəşri məlumat yayıb.

Edilən müraciətdə ARPE qeyd edib ki, elektronika istehsalçılarının əksəriyyəti hərbi-sənaye kompleksinin müəssisələri siyahısına daxil edilməyib. Bununla belə, bu şirkətlərin bəzi işçilərinə səfərbərliyə çağırış vərəqləri göndərilib.

Rusiyanın elektronika sənayesində 350 minə yaxın insan çalışır. onların da yarısı kişidir. Həmçinin məktubda o da bildirilib ki, belə mütəxəssisləri itirməyin nəticələri uzunmüddətli olacaq, çünki yenilərini öyrətmək uzun və çətin prosesdir. Onu da əlavə edək ki, sentyabrın 22-də İT icması - şirkətlər, menecerlər və mütəxəssislər Rəqəmsal İnkişaf Nazirliyinə buna oxşar müraciət ediblər. 

© copyright 2022 | tech.az | info@tech.az