Cloudflare VPN dəstəkli Zero Trust eSIM texnologiyası hazırlayıb 

Bənövşə Kazımova
27 Sentyabr 2022 17:04
48 baxış
Cloudflare VPN dəstəkli Zero Trust eSIM texnologiyası hazırlayıb 

Cloudflare daxili VPN dəstəkli Zero Trust eSIM texnologiyasını təqdim edib. Bu texnologiya fişinq və zərərli saytları ziyarət etməyin qarşısını alacaq. Çünki birbaşa göndərilən DNS sorğuları filtrləmə üçün Cloudflare Gateway-dən istifadə edəcək və buna görə də belə saytlar açılmayacaq.

"Techcrunch" xəbər agentliyinin verdiyi məlumata əsasən deyə bilərik ki, təqdim olunan texnologiya mobil cihazları Cloudflare One platformasına inteqrasiya edəcək. Bu da, təbii ki, bu texnologiyadan isifadə edən şirkətlər və fiziki şəxslər üçün faydalı olacaq. Çünki şirkətlər yerli səviyyədə korporativ şəbəkədəki bütün trafiki süzgəcdən keçirə biləcəklər.

Texnologiyanın ilkin olaraq ABŞ-da satışa buraxılacağı gözlənilir. Qiymətlər müəyyən edilməsə də, yaxın bir neçə ayda Həm iOS, həm də Android üçün istifadəyə veriləcək

© copyright 2022 | tech.az | info@tech.az