Code Academy Tam Təqaüdlü “Game Design And Development” Tədrisi Üzrə Bootcamp Proqramına Start Verir

Cəmil Hüseynzadə
06 Avqust 2022 13:30
108 baxış
Code Academy Tam Təqaüdlü “Game Design And Development” Tədrisi Üzrə Bootcamp Proqramına Start Verir

Qlobal oyun dünyasının sirlərini öyrənmək, həm ölkədaxili, həm ölkəxaricində oyunlarda fərq yaratmaq istəyənlər üçün böyük fürsətdir.

Türkiyədən dəvət olunmuş ekspertlər tərəfindən keçiriləcək bu tədris proqramında ümumilikdə 30 nəfər iştirak hüququ qazanacaqdır. İştirakçıların hər biri Code Academy-dən 7500 AZN dəyərində təqaüd əldə edərək, tam ödənişsiz təhsil ala biləcəklər. Bootcamp proqramına qoşulan 30 nəfər şəxsin 15 nəfəri “game art and design”, digər 15 nəfəri isə “game development” sahəsi üzrə tədrisə qoşulacaq. 

Beləliklə, iştirakçılar Code Academy-nin ölkədə ilkə imza ataraq, icra edəcəyi “Game Design and Development” üzrə bootcamp proqramına qoşulmaqla,

8 həftə ərzində oyun hazırlanmasına dair tam təqaüdlü intensiv tədrisdə iştirak edəcək,

“game design və ya game development” üzrə bilik və bacarıqlara yiyələnməklə oyun dünyasına qoşulacaq,

Code Academy və onun qlobal tərəfdaşlarında işləmək imkanı əldə edə biləcəklər.

Hər iki sahə üzrə tədris türk dilində keçiriləcəkdir. Proqramda iştirak üçün orta səviyyədə türk və ingilis dili biliyinin olması tələb olunur. Proqrama qəbul 28 avqust, saat 23:59-dək davam edəcək. Tədris 12 sentyabr tarixində başlayaraq, 8 həftə ərzində davam edəcək.

Tələblər və müraciət şərtləri haqqında ətraflı məlumatla burdan tanış ola bilərsiniz.

© copyright 2022 | tech.az | info@tech.az