“Dell” şirkəti 7 minə yaxın işçisini ixtisar edəcək

Bənövşə Kazımova
06 Fevral 2023 16:33
68 baxış
“Dell” şirkəti 7 minə yaxın işçisini ixtisar edəcək

Bu dəfə də işdən çıxarma siyasətini tətbiq edən daha böyük texnologiya şirkəti “Dell Technologies” olub. “Bloomberg”in məlumatına görə, “Dell” təxminən 6650 nəfəri ixtisar etməyi planlaşdırır. Bu qərarın səbəblərini Dell-in əməliyyat direktoru Ceff Klark agentlik tərəfindən əldə edilmiş daxili məktubda izah edib. O, məktubda bazar şərtlərinin getdikcə pişləşdiyini qeyd edib.

Bundan əlavə, məlumatlara görə, şirkətin ixtisar qərarının arxasında, xüsusən də məhsullarına tələbin azalması ola bilər. “IDC” analitik şirkətinin ilkin məlumatlarına görə, 2022-ci ilin dördüncü rübündə dünyada fərdi kompüter satışları 2022-ci ilin dördüncü rübündə kəskin şəkildə azalıb və ən əhəmiyyətli azalma “Dell”də olub – 2021-ci ilin eyni dövrü ilə müqayisədə 37%.

Ümumilikdə, 2022-ci ildə texnologiya sektorundakı şirkətlər 97 mindən çox işçisini ixtisar etdiyini açıqlayıb. “Challenger, Grey & Christmas” konsaltinq şirkətinin məlumatına görə, bu, 2021-ci illə müqayisədə 649% çoxdur. “Dell” kimi son həftələrdə kütləvi ixtisarlar elan etməyi lazım bildiyi şirkətlər arasında “Alphabet”, “Microsoft”, “Amazon”, “IBM”, “SAP”, “Dow”, “Spotify”, “Cisco Systems” var.

© copyright 2022 | tech.az | info@tech.az