Dubayda Ay formasında bina tikiləcək

Bənövşə Kazımova
15 Sentyabr 2022 13:22
64 baxış
Dubayda Ay formasında bina tikiləcək

Kanadanın "Moon World Resorts" memarlıq şirkəti Dubayda Yerin peyki olan Aya bənzəyən 5 milyard dollar dəyərində bina tikəcəyi barədə məlumat verib.

Bildirilir ki, həyata keçiriləcək layihə ziyarətçilərə Ay turizmi təklif edəcək. “Ay koloniyası” adlanan binada ziyarətçilərin özlərini, həqiqətən, Ayın səthində hiss etmələri üçün lazımi şərait yaradılacaq.

Bundan əlavə, ziyarətçilər 224 metr hündürlüyündəki əsas binanın üst hissəsində yerləşəcək sky villas adlı 300 mənzildən birində qala biləcəklər. Həmçinin onlar gecə klubu, tədbir məkanları, salon, spa mərkəzindən və digər xidmətlərdən yararlana biləcəklər. İki il ərzində tikintisi gözlənilən binanın ildə təxminən 2,5 milyon turistə xidmət göstərməsi və bölgədəki turistlərin sayını iki dəfə artırması nəzərdə tutulur.

© copyright 2022 | tech.az | info@tech.az