Dünəndən etibarən ölkəmizdə ən çox yüklənən tətbiqlər VPN-lər olub

Bənövşə Kazımova
15 Sentyabr 2022 16:56
99 baxış
Dünəndən etibarən ölkəmizdə ən çox yüklənən tətbiqlər VPN-lər olub

Bildiyimiz kimi, ölkəmizdə dünəndən etibarən DTX tərəfindən TikTok-un istifadəsi dayandırılıb. TikTok istifadəçiləri artıq platformadan istifadə etmək üçün müxtəlif VPN-lərdən istifadə etməyə başlayıb.

TikTok bloklanandan sonra ölkə üzrə ən çox yüklənən (PlayMarket) ilk 10 tətbiq VPN-lər olub. Siyahıda ilk pillədə Secure VPN, 2-ci pillədə ArgoVPN, 3-cü pillədə isə Turbo VPN yer alıb. Digər sıralarda isə Proxy Master, Psiphon Pro,  Super Unlimited Proxy, Speedy Quark, X-VPN Private Browser,  Secure VPN Proxy və Maste Pro - Fast & Secure VPN-ləri yer alıb.

TikTok-la bağlı bu məhdudiyyətin nə vaxta qədər davam edəcəyi məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az