Dünyada internet istifadəçilərinin sayı artmaqda davam edir

Bənövşə Kazımova
03 Oktyabr 2022 11:57
75 baxış
Dünyada internet istifadəçilərinin sayı artmaqda davam edir

Dünyada internet istifadəçilərinin sayı artır. 2022-ci ilin sonunadək dünyada internet istifadəçilərinin sayı 5,3 milyard nəfər olacağı ehtimal edilir. Bu rəqəm da dünya əhalisinin üçdə ikisini təşkil edir.

Bu barədə məlumatlar Beynəlxalq Telekommunikasiya Birliyinin (BTB) “2022-ci ildə genişzolaqlı internetin durumu” adlı hesabatında açıqlanıb. Hesabatda əks olunan məlumatlara görə, 2019-cu ildə dünya əhalisinin 54 %-i internetdən istifadə edib, 2022-ci ildə isə bu rəqəmin 66 %-ə çatacağı gözlənilir. Bu da yuxarıda qeyd etdiyimiz kimi 5,3 milyard insan deməkdir.

Məlumatlarda o da vurğulanıb ki, rəqəmsal xidmətlərdən istifadə edənlərin sayındakı artımın səbəbi COVID-19 pandemiyası ilə bağlıdır. Hətta pandemiyanın ilk ilində – 2020-ci ildə internet istifadəçilərinin sayında 10 % artım müşahidə olunub. Bu da son on ildə ən böyük artım deməkdir.

© copyright 2022 | tech.az | info@tech.az