Dünyanın ən dəyərli startapları

Səbinə Eyvazova
06 Oktyabr 2022 14:06
964 baxış
Dünyanın ən dəyərli startapları

Klarna

Ödəniş həlləri təqdim edən Klarna ABŞ-da ən çox yüklənən 10 proqram arasındadır. Startap dünya üzrə 100 milyon aktiv müştəriyə malikdir və Platforma müştərilərə "al, sonra ödə", yəni ödənişi necə və nə vaxt ödəməyi seçmək imkanı verir. Startap 45,6 milyard dollar ilə dəyərləndirilir.

Stripe

Stripe baş ofisi San Fransiskoda yerləşən və maliyyə xidmətləri göstərən “fintech” startapıdır. Stripe veb tərtibatçılar üçün API infrastrukturu təqdim edir və bizneslərə internet üzərindən ödənişləri qəbul etməyə imkan verir. Startapın dəyəri 95 milyard dollardır.

Shein

100 milyard dollar dəyəri olan Shein 2008-ci ildə Kris Xu tərəfindən yaradılıb və baş ofisi Çində yerləşir. Startap münasib qiymətə həm kişi, həm də qadınlar üçün dəbli geyimlər təqdim edir. Shein-ın dünyanın müxtəlif bölgələrində, xüsusilə, Amerika, Avropa və Yaxın Şərq ölkələrində müştərilərə xidmət göstərən veb səhifəsi mövcuddur.

SpaceX
2002-ci ildə ABŞ-da İlon Mask tərəfindən qurulan SpaceX kosmik nəqliyyat sahəsi üzrə fəaliyyət göstərir.  O, Falcon 9 tərəfindən orbitə buraxılan pilotsuz Dragon kosmik gəmisini hazırlayıb. SpaceX-in Falcon 9, Falcon Heavy, Starlink, Dragon Cargo və Starship kimi nəqliyyat vasitələri də var. Hal-hazırda startapın dəyəri 100,3 milyard dollardır.


 

ByteDance

2012-ci ildə təsis edilən ByteDance dünyanın ən dəyərli startapı kimi tanınır. Bu çin startapı həmçinin Tiktok, Musical.ly, Toutiao, Douyin, BuzzVideo, Vigo Video tətbiqlərinin də sahibidir. 2021-ci ildə 150 ​​ölkədə 1,9 milyard aylıq aktiv istifadəçiyə çatan startap 140 milyard dollar dəyərindədir.

© copyright 2022 | tech.az | info@tech.az