Dünyanın ən uğurlu startap hekayələri

Bənövşə Kazımova
13 Oktyabr 2022 17:08
830 baxış
Dünyanın ən uğurlu startap hekayələri

1. WhatsApp

Yahoo-da çalışan iki dost Yan Kum və Brian Akton 2007-ci ildə şirkətdən çıxıblar. Daha sonra bu layihəni düşünərək Facebook-da iş üçün müraciət etsə də, rədd cavabı alıblar. Ertəsi gün Twitter-ə müraciət edən dostlar oradan da müsbət cavab ala bilməyiblər. 2009-cu ildə layihəni birgə həyata keçirmək qərarına gəlib və WhatsApp-ı təsis ediblər. 2015-ci ildə isə onlar Whatsapp-ı Facebook-a 19 milyard dollara satıb. Bu gün dünyada 2 milyarddan çox insan bu tətbiqdən istifadə edir.

2. AirBnB

13 il əvvəl yaradılan "AirBnB" servisi onlayn xidmətlər sektorunda ən uğurlu startaplardan biri sayılır. 2008-ci ildə ABŞ-ın Rod-Aylend ştatında 3 tələbə xəbər tutur ki, şəhərdə keçiriləcək konfransın iştirakçılarına oteldə yer tapılmır. Onlar öz otaqlarında iki hava döşəyi yerləşdirib onu icarəyə verməyə başlayırlar. Bu üsulla min dollar qazanandan sonra tələbələr servisi "AirBnB" adı ilə internetdə yerləşdirirlər. İndi şirkətin bazar dəyəri 113 milyard dollardır. Hazırda bu platformada 191 ölkədə 100 minə yaxın şəhər mövcuddur.

3. Shazam

Ətrafda səslənən mahnının adını və onu kimin ifa etdiyini müəyyənləşdirmək üçün yaradılmış tətbiq 1999 – cu ildə Mukerci, Kris Barton, Filip İnghelbrext və Eyvri Vanq tərəfindən hazırlanıb. 2002-ci ildə Shazam Londonda istifadə edilməyə başlayır. Əvvəllər mahnının adını və ifadə edən şəxsin kim olduğunu öyrənmək üçün 2580 nömrəsini yığmaq, dinamiki musiqi səslənən yerə yaxınlaşdırmaq və bir neçə saniyə gözləmək lazım idi. Bir müddət sonra melodiya haqqında məlumatı əks etdirən SMS gəlir və mahnını yükləməyi təklif edirdi. Mahnının və ya sənətçinin adını öyrənmək üçün dinlətdiyiniz zaman sistem 15 saniyə ərzində lazımi məlumatları hazır edirdi. Hazırda isə həmin müddət sadəcə 2 saniyə təşkil edir.

4. YouTube

Bu gün YouTube dünyanın ən böyük video paylaşma sistemlərindən biridir. YouTube 2005-ci ildə əvvəllər PayPal-da işləyən Stiv Çen, Çad Harli və Cad Karim tərəfindən təsis edilib. İlk olaraq bir müddət tanış olma, dostluq saytı olaraq fəaliyyət göstərirdi. Castin Timberleyk və Canet Cekson-un şousu keçirildikdən sonra onlar internetdə şounun heç bir videosunu tapa bilmirlər, buna görə də saytın fəaliyyət istiqamətini dəyişdirmək qərarına gəlirlər. Daha sonra 23 aprel 2005-ci ildə YouTube tarixinin ilk videosu Cad Karim tərəfindən yayınlandı. Bu video zooparkda çəkilmişdi və cəmi 19 saniyəlik idi. Platforma 2006-cı ildə Google tərəfindən 1,65 milyard dollara satın alınıb.

5. Instagram

Instagram 2010-cu ildə Kevin Sistrom tərəfindən qurulub. Instagram-ı yaratmazdan əvvvəl o proqramlaşdırma öyrəndiyi müddətdə o ilk olaraq öz sevimli məşğuliyyətinə, yəni viski və Bourbona uyğun olaraq Burbn adlı veb tətbiqinin prototipini yaratdı. Burbn məkan məlumatları ilə birlikdə media faylları paylaşaraq əlaqə qurmaq, sosiallaşmaq platforması idi. Burbn vasitəsilə istifadəçilər fotolarını paylaşarkən olduqları yeri də bildirə bilirdilər. Daha sonra Sistrom həyat yoldaşının məsləhəti ilə tətbiqə pis düşən şəkillərin redaktə edilməsi üçün filtr funksiyasını əlavə etdi. Bununla da o, Mayk Kriger ilə birgə 6 oktyabr 2010-cu ildə Instagramı elan etdi.

 

6. Twitter

2006-cı il mart ayında Cek Dorsi, Biz Stoun və Evan Vilyams tərəfindən yaradılmış Twitter ilkin olaraq podkastinq şirkəti olan Odeo-nun daxili rabitəsində istifadə olunan qısa mesajlaşma xidməti idi. Twitterin ilk prototipi Odeo işçilərinin daxili istifadəsi üçün nəzərdə tutulmuşdu. İstifadəsi getdikcə artan Twitter-in15 iyul 2006-cı ildə isə tam versiyası təqdim edilmişdi. Qısa müddətdə sürətlə məşhurlaşan platformanın  2012-ci ildə 500 milyon istifadəçisi, gündəlik 340 milyon tviti və gündəlik 1,6 milyard axtarışı olmuşdur. Təqdim edildiyi dövrdən o, dünyada ən çox ziyarət edilən on saytın siyahısına daxil olmuş və "İnternetin SMS-i" kimi tanınmışdır.

© copyright 2022 | tech.az | info@tech.az