E3 oyun sərgisi gələn il ənənəvi formada baş tutacaq

Bənövşə Kazımova
27 Sentyabr 2022 13:05
103 baxış
E3 oyun sərgisi gələn il ənənəvi formada baş tutacaq

Bütün dünyaya təsir edən koronavirus səbəbindən son illərdə bir çox tədbirlər təxirə salınıb. Koronavirus səbəbiylə 2020 və 2021-ci illərdə təxirə salınan oyun sərgisi E3-ün bu il də ləğv edildiyi açıqlanmışdı.

Amerika Birləşmiş Ştatlarında keçirilən və oyun dünyasının ən mühüm tədbirlərindən biri olan E3 (Electronic Entertainment Expo)  koronavirus pandemiyasından sonra ilk dəfə gələn il ənənəvi formada keçiriləcək.

Həmişə olduğu kimi Los Anceles Konqres Mərkəzində keçirilən sərginin tarixi də açıqlanıb.  2023-ci il 13 iyunda başlanacaq sərgi 16 iyun tarixinə qədər davam edəcək. New York Comic Con və Star Wars Celebration kimi tədbirləri təşkil edən ReedPop şirkətinin rəhbərliyi ilə keçiriləcək sərgi “Business Days” ve “Gamer Days” olaraq iki kateqoriya üzrə təşkil olunacaq. Bundan əlavə, tədbirdə yeni oyunlar açıqlanacaq və iş dünyasından bir çox şirkət görüşlər keçirəcək.

© copyright 2022 | tech.az | info@tech.az