Elon Musk-ın sahibi olduğu şirkətlər

Səbinə Eyvazova
13 Aprel 2022 13:30
37 baxış
Elon Musk-ın sahibi olduğu şirkətlər

İlk öncə onu qeyd edək ki, Elon Musk Cənubi Afrika Respublikasında doğulmuş, ABŞ-Kanada sahibkarı, mühəndisi, ixtiraçısı,investoru və xeyriyyəçisidir. O, anadan olduğu CAR-dan başqa, Kanada və ABŞ vətəndaşıdır və hal-hazırda ABŞ-da yaşayır. İndi isə Musk-ın sahibi, CEO-su və həmtəsisçisi olduğu şirkətləri sizə təqdim edirik. Elon Musk kosmik nəqliyyat şirkəti SpaceX-in təsisçisi, icraçı (CEO) və texniki (CTO) direktoru, internet üzərindən çalışan onlayn ödəmə sistemi olan PayPal-ın qurucusu, elektrikli nəqliyyat vasitələri istehsal edən və satan Tesla Motors-un CEO-su və məhsul dizayneri, ABŞ-da ən böyük günəş enerjisi təmin edən sistem olan Solar City-nin direktorlar şurasının sədridir. Musk həmçinin implantasiya edilə bilən beyin-maşın interfeyslərini inkişaf etdirmək üçün qurulan neyrotexnologiya şirkəti Neuralink-in həmtəsisçisi, tunel inşaat şirkəti olan The Boring Company-nin qurucusu və süni intellekt araşdırma şirkəti olan OpenAİ-nin qurucusudur.

© copyright 2022 | tech.az | info@tech.az