Elon Musk Twitter-i almaq üçün 43 milyard dollar təklif edib

Səbinə Eyvazova
14 Aprel 2022 13:30
28 baxış
Elon Musk Twitter-i almaq üçün 43 milyard dollar təklif edib

Əldə olunan məlumata görə, Elon Musk Twitter-in 100 faiz payını almağı planlaşdırır. Qeyd olunub ki, o,Twitter-i almaq üçün 43 milyard dollar təklif edib. Təklif dünən Twitter-ə göndərilən məktubda şirkətə çatdırılıb. Mask bu alışla Twitter-in əsl potensialını ortaya qoyacağını düşünür. Bundan əlavə, Elon Musk bildirir ki, onun təklifi qəbul edilməsə, səhmdar kimi mövqeyini yenidən qiymətləndirəcək. Elon Musk, Twitter sədri Bret Taylor-a yazdığı elektron məktubda Twitter-in ifadə azadlığı baxımından əhəmiyyətli bir potensiala sahib olduğunu vurğulayaraq, hazırkı forması ilə cəmiyyət qarşısında sosial məsuliyyətini yerinə yetirə bilməyəcəyini bildirib. Mask həmçinin, Twitter-in özəl şirkət olması lazım olduğuna inandığını da qeyd edib.

© copyright 2022 | tech.az | info@tech.az