Elon Musk Twitter-lə satınalma müqaviləsini müzakirə edir

Bənövşə Kazımova
25 Aprel 2022 13:30
34 baxış
Elon Musk Twitter-lə satınalma müqaviləsini müzakirə edir

Əldə olunan məlumatlara görə Twitter-in səhmdarlardan biri şirkəti 43 milyard dollara satın almağı təklif edən Elon Musk-la danışıqlara başladığını açıqlayıb. Bildirilib ki, Twitter-də 9 faizdən çox paya sahib olan Musk bütün şirkəti almaq üçün aprelin 14-də ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasına göndərdiyi bildirişdə Twitter üçün səhm başına 54,20 dollary pul ödəməyi təklif edib. Verilən açıqlamada Musk-ın bu barədə şirkətin digər səhmdarları və investorlarla müzakirələr apardığı da vurğulanıb. Qeyd edək ki, iki tərəfin Musk-ın təklifini müzakirə etmək üçün bazar günü görüşdüyü, həll edilməli olan məsələlərin olsa da, irəliləyiş əldə edildiyi bildirilib. Eyni zamanda tərəflərin bu həftə razılığa gələcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az