Ən yaxşı ekranlı smartfon seçilib

Bənövşə Kazımova
01 Oktyabr 2022 10:22
134 baxış
Ən yaxşı ekranlı smartfon seçilib

Telefon ekranlarını qiymətləndirən "Display Mate" tərəfindən ən yaxşı ekranlı smartfon "iPhone 14 Pro Max” seçilib. Cihaz dəyərləndirmədə A +, yəni ən yüksək xala sahib olub.

Ekranın parlaqlığını və istənilən işıq şəraitində yüksək kontrastı saxlamaq qabiliyyəti mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. Məlumat üçün bildirək ki, iPhone 14 Pro və Pro Max “Samsung” şirkəti tərəfindən hazırlanmış displeylərdən istifadə edir.

Bu smartfonların “Samsung” istehsalı olan ekranlardan istifadə etməsi səbəbindən mütəxəssislər Galaxy S23 Ultra-nın yaxın gələcəkdə onların reytinqinin yeni lideri ola biləcəyini düşünürlər. iPhone 14 Pro Max-dan qabaq isə reytinqdə ilk yeri iPhone 13 Pro Max tutub.

© copyright 2022 | tech.az | info@tech.az