Ən yaxşı video redaktə tətbiqləri

Bənövşə Kazımova
29 Sentyabr 2022 17:29
961 baxış
Ən yaxşı video redaktə tətbiqləri

iMovie iOS əməliyyat sistemi olan cihazlar üçündür. Tətbiq vasitəsilə videoları birləşdirə və kəsə, fotoşəkillər, keçid effektləri və altyazılar əlavə edə, videoda öz musiqilərimizdən və ya mikrofondan istifadə edə bilərik.

InShot iOS və Android istifadəçiləri üçün çox populyar bir tətbiqdir. Play Market-də 100 milyondan çox yüklənib. Tətbiq rahat interfeysə, çox sayda filtrlərə malikdir. Bu xüsusiyyətlər kollaj yaratmağa, foto və videolar ilə işləməyə imkan verir. InShot-da videolara müxtəlif effektlər və filtrlər, eyni zamanda öz səs qeydlərimizi əlavə edə bilərik.

Quik - iOS və Android üçün pulsuz olan bu tətbiq qısa müddətdə yüksək keyfiyyətli videolar yaratma imkanını verir. Proqramın fərqli bir xüsusiyyəti avtomatik video yaratmaq rejimidir. Alqoritmin özü üzləri və hərəkətləri tanıyır, bundan sonra ən yaxşı məqamları seçərək sizə hazır bir versiya təqdim edir.

VivaVideo videolarda mətn redaktəsi üçün 50-dən çox müxtəlif üslub, maraqlı dizaynlar yaratmaq üçün alətlər, təxminən 100 əvvəlcədən quraşdırılmış şrift təklif edir. Tətbiq ayrıca videolarda istifadə üçün bir çox musiqi kompozisiyası, səs çevirmə funksiyası, müxtəlif filtrlər və mövzulardan ibarət geniş seçimlər də təklif edir.

Movie Maker Windows üçün ən tanınmış video redaktə proqramıdır. Hal-hazırda həm kompüter, həm də mobil platformada işləyən ayrıca tətbiq kimi mövcuddur. Proqram vasitəsilə videonu montaj etmək, ona effektlər, keçidlər, musiqi və audio əlavə etmək, eləcə də hazır videonu birbaşa YouTube və Facebook saytlarına yükləmək mümkündür.

© copyright 2022 | tech.az | info@tech.az