“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək

Bənövşə Kazımova
30 Avqust 2022 12:16
147 baxış
“Enerji və Dördüncü Sənaye İnqilabı” Hakaton yarışı keçiriləcək

SOCAR və Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) birgə təşkilatçılığı ilə 2022-ci il sentyabrın 9-11 tarixlərində  “Enerji və Dördüncü Sənaye İnqilabı” hakatonu keçiriləcək

Hakatonun keçirilməsində əsas məqsəd Azərbaycanda, xüsusilə, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa olunan enerji resurslarından istifadəni genişləndirmək, enerji təhlükəsizliyini gücləndirmək, həmçinin “yaşıl” və rəqəmsal enerji texnologiyalarının tətbiqi üçün innovativ ideyalara dəstək verməkdir. Nəzərinizə çatdıraq ki, hakaton enerji və əşyaların interneti, enerji və süni intellekt, enerji və rəqəmsal iqtisadiyyat kateqoriyaları üzrə keçiriləcək. 

Sonda ilk üç yeri tutan komandaya uyğun olaraq 5000 manat, 3000 manat və 2000 manat məbləğində mükafat veriləcək. Bundan başqa daha iki komandaya isə 500 manat məbləğində həvəsləndirici mükafat veriləcək.

 

© copyright 2022 | tech.az | info@tech.az