Facebook Reels-ə yeni funksiya əlavə edilir

Bənövşə Kazımova
06 Aprel 2022 13:30
49 baxış
Facebook Reels-ə yeni funksiya əlavə edilir

Meta Facebook Reels-də orijinal kontent təqdim etmək üçün yeni funksiyanı açıqlayıb. Sosial media şəbəkələri günü-gündən inkişaf edərkən həm də bir-birindən bəhrələnməyə də davam edir. İlk dəfə Instagram-da mövcud olan 'Reels' xüsusiyyəti ötən aylarda Facebook-da da istifadəyə verilmişdi. Facebook üçün bu yeni funksiya ilə Meta gənc istifadəçilər arasında populyar olan TikTok və Snapchat kimi proqramlarla rəqabət aparmağı planlaşdırır. Facebook Reels-ə gələn yeni funksiya ilə istifadəçilər maraqlı və hər kəsin diqqətini çəkə biləcək kontent yarada biləcəklər. Bunu da qeyd edək ki,bu funksiya vasitəsilə digər proqramlarda hazırlanan videolar və məzmunlar Facebook Reels-də paylaşıla biləcək.

© copyright 2022 | tech.az | info@tech.az