Facebook və Google Cənubi Koreyada milyonlarla dollar cərimələnib

Bənövşə Kazımova
15 Sentyabr 2022 10:18
90 baxış
Facebook və Google Cənubi Koreyada milyonlarla dollar cərimələnib

Cənubi Koreya Google şirkəti və Facebook-un ana şirkəti Meta-nı məlumatların pozulmasına görə milyonlarla dollar cərimələyib.

Cənubi Koreyanın Şəxsi Məlumatların Qorunması Komissiyası Google-u 69,2 milyard von (50 milyon dollar) və Facebook-un ana şirkəti Meta-nı 30,8 milyard von (22 milyon dollar) məbləğində cərimələdiyini bildirib. Açıqlamada o da vurğulanıb ki, Google və Meta istifadəçi məlumatlarınım toplanması və təhlili zamanı maraqları üzə çıxarmaq və ya onlardan fərdi reklamlar üçün istifadə etmək üçün əvvəlcədən icazə almayıblar.

Meta sözçüsü komissiyanın qərarına hörmət etdiklərini, lakin qanuna tabe olduqlarını bildirərək ondan şikayət edəcəklərini söyləyib. Google-dan isə hələlik heç bir açıqlama verilməyib.

© copyright 2022 | tech.az | info@tech.az