Qadın immiqrantlar üçün sosial şəbəkə platforması olan Femigrants-ın təsisçisi Aytəkin Əliyeva "Dünyanı Dəyişən Qadınlar" mükafatı müsabiqəsinin finalçısı seçilib.
Aytəkin xanım müsabiqədə üç müxtəlif kateqoriya üzrə - "İlin Şirkəti", "Mədəni Müxtəliflik və İnklüzivlik", "İlin Miqrant Liderliyi" kateqoriyaları üzrə finala seçilib. O, açıqlamasında ona dəstək göstərən hər kəsə, xüsusən də, mentor və məsləhətçilərinə minnətdarlığını bildirib.
Məlumat üçün bildirək ki, "Dünyanı Dəyişən Qadınlar" mükafatı Dr. Tereray Trent tərəfindən davamlılıq, humanitar iş, liderlik, texnologiya, məhsul inkişafı, təhsil, səhiyyə və innovasiya sahələri üzrə təqdim olunur. Mükafatın builki qalibləri 18 aprel 2023-cü il tarixində Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcək möhtəşəm tədbirdə elan ediləcək.