Figma Adobe tərəfindən satın alınıb

Cəmil Hüseynzadə
15 Sentyabr 2022 18:17
343 baxış
Figma Adobe tərəfindən satın alınıb

Dünya dizayn tətbiqləri sahəsində lider olan Adobe Figma tətbiqini satın alıb. Satın alma müqaviləsinin dəyəri 20 milyard dollar təşkil edir. Artıq Figma da Adobe Inc. şirkətinin bir tətbiqi oldu. Adobe və Figma-nın birləşməsi birgə yaradıcılığın yeni dövrünü açacaq.

Satın alma özü ilə bir sıra yenilikləri gətiri. Bu barədə məlumatı Figma-nın həmtəsisçisi Dylan Field açıqlayıb. O açıqlamasında “Figma platformasına fayda gətirəcək tərəfdaşlıq olduğuna inanıram” sözlərini qeyd edib və yeniliklər barəsində məlumat verib. 

Adobe təsvir, fotoqrafiya, illüstrasiya, video, 3D və şrift texnologiyası üzrə təcrübələrini Figma platformasına əlavə edəcək. 

Figma mobil tətbiq və ve səhifələrin dizayn edilməsini üçün müxtəlif alətlər təqdim edən tətbiqdir. 2012-ci ildə Dylan Field və Evan Wallace tərəfindən qurulan şirkət internetdə məhsul dizaynına öncülük edir. 

Bir çox dizayn tətbiqlərinə sahib olan Adobe dizayn sahəsində liderlik etməyə davam edir.

© copyright 2022 | tech.az | info@tech.az