Ford Almaniyadakı işçilərini ixtisar edəcək

Bənövşə Kazımova
24 Yanvar 2023 11:57
46 baxış
Ford Almaniyadakı işçilərini ixtisar edəcək

Avtomobil istehsalçısı Ford-un elektriklə işləyən avtomobillər üçün akkumulyator xərclərinin artması, ABŞ və Avropa iqtisadiyyatlarında gözlənilən durğunluğun təsiri ilə Almaniyanın Köln şəhərindəki zavodunda 3200 nəfəri işdən çıxaracağı bildirilir.

Bu barədə şirkətin müvafiq şurası iclasda ixtisarlar barədə işçilərə məlumat verib. Məlumata görə, həmin zavodda 15 min nəfər fəaliyyət göstərir. Almaniyanın ən böyük həmkarlar ittifaqı IG Metall şirkətin məhsul inkişafında 2500-ə qədər işçini və inzibati vəzifələrdə 700-ə qədər işçini ixtisar etməyi planlaşdırdığını açıqlayıb. Şirkət mövzu ilə bağlı hələ ictimaiyyətə açıqlama verməyib.

IG Metall-in açıqlamasında, ümumiyyətlə, Ford-un Almaniyadakı müəssisələrinin gələcəyindən çox narahat olduqları, şirkətin ixtisar planını həyata keçirəcəyi təqdirdə işlərin dayandırılacağı bildirilib.

Nəzərinizə çatdıraq ki, Kölndəki zavodunu elektrikli avtomobil istehsalı müəssisəsinə çevirmək üçün keçən il 2 milyard dollar sərmayə yatıracağını açıqlayan Ford Avropadakı zavodlarında 45 min nəfər çalışır.

© copyright 2022 | tech.az | info@tech.az