Foxconn şirkəti zavodda pandemiya ilə bağlı yenidən tətbiq edilən məhdudiyyətlərlə görə bu ay Çinin Çjençjou şəhərindəki zavodunda iPhone istehsalını 30% azalda bilər. Bu barədə "Forbes" xəbər agentliyi məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, bir müddət əvvəl Çjençjou şəhərində 264 yoluxma halı qeydə alındıqdan sonra Tayvan şirkəti Pekinin koronavirusun yayılmasına sıfır tolerantlıq siyasəti çərçivəsində tətbiq etdiyi sərt məhdudiyyətlərə məruz qalıb. Belə ki, işçilər zavodda qapalı dövriyyə istehsalına keçiblər.
Nəzərinizə çatdıraq ki, Foxconn dünyanın ən böyük iPhone istehsalçısıdır və “Apple” smartfonlarının təxminən 70%-ni istehsal edir.