Getty Images süni intellektlə yaradılmış şəkilləri qadağan edib

Bənövşə Kazımova
26 Sentyabr 2022 17:37
60 baxış
Getty Images süni intellektlə yaradılmış şəkilləri qadağan edib

Getty Images öz platformasında süni intellekt vasitəsilə yaradılmış artefaktların satışını qadağan etmək qərarına gəlib.

DALL-E, Midjourney və Stable Diffusion kimi alqoritmlər bir çox istifadəçi tərəfindən müxtəlif məqsədlər üçün istifadə olunur. 1995-ci ildə qurulan və köklü stok görüntü saytlarından biri olan Getty Images də bu mövzuda addım atıb. Şirkət öz platformasında süni intellekt tərəfindən hazırlanmış illüstrasiyaların yüklənməsini və satışını qadağan etmək qərarına gəlib.

Getty Images bununla da Newgrounds, PurplePort və FurAffinity kimi səhm saytlarından sonra bu qadağanı tətbiq edən platforma oldu. Məsələ ilə bağlı Getty Images-in baş direktoru Kreyq Piters The Verge-ə bildirib ki, qadağa süni intellekt tərəfindən yaradılan məzmunun hüquqi statusu ilə bağlı qeyri-müəyyənlik və saytın öz müştərilərini qorumaq istəyi ilə bağlı narahatlıqlardan irəli gəlir.

 

© copyright 2022 | tech.az | info@tech.az