Google-a qarşı bu dəfə də 25 milyard avroluq iddia qaldırılıb

Bənövşə Kazımova
14 Sentyabr 2022 11:51
39 baxış
Google-a qarşı bu dəfə də 25 milyard avroluq iddia qaldırılıb

Bu dəfə Böyük Britaniya və Hollandiya Google-u rəqabətə mane olduğu və reklam vasitəsilə özünü tanıtdığı üçün məhkəməyə verib. 

Ölkə rəsmiləri Google-un müəyyən markalarla müqavilələri olduğunu iddia edərək, şirkətin axtarış sistemlərində və internet saytlarında daha çox bu şirkətlərin reklamlarını göstərdiyini və digər şirkətlərin reklamlarını isə qəsdən arxa plana atdığını iddia ediblər. Ciddi ittihamlar irəli sürüldükdən sonra həm Böyük Britaniya, həm də Avropa Birliyində Rəqabət Qurumunun rəsmiləri şirkətin reklam sistemlərini nəzarət altına alıblar. 

Məlumat üçün vurğulayaq ki, şirkətin bu fəaliyyəti təkcə Böyük Britaniyaya 25 milyard avrodan çox ziyan vurub. Məhkəmə Google-un əleyhinə qərar qəbul edəcəyi təqdirdə şirkət nəinki yüz milyonlarla dollar cərimə ödəyəcək. Bundan əlavə, o, həm də Böyük Britaniya və Hollandiyadakı reklam sövdələşmələrindən kənarda qalacaq və bu ölkələrdə müəyyən müddət ərzində aparacağı hər hansı kommersiya sövdələşməsinə qadağa qoyulacaq. Google rəsmiləri isə iddia və ya ittihamlarla bağlı hələlik şərh verməyiblər.

© copyright 2022 | tech.az | info@tech.az