Google Pixel 7 modelinin xüsusiyyətləri sızdırılıb

Bənövşə Kazımova
27 Sentyabr 2022 11:51
30 baxış
Google Pixel 7 modelinin xüsusiyyətləri sızdırılıb

Google şirkəti keçən ilin oktyabr ayında təşkil etdiyi Pixel Fall tədbiri çərçivəsində çox gözlənilən Pixel 6 və Pixel 6 Pro modellərini təqdim etmişdi. Təqdim edildiyi gündən etibarən Google Pixel 6 və Pixel 6 Pro modellərində bəzi problemlər olsa da, şirkət yeni modellər üzərində işləyirdi.

Google-un oktyabrda təqdim edəcəyi yeni telefon Pixel 7-nin texniki xüsusiyyətləri məlum olub. Məlumat üçün nəzərinizə çatdıraq ki, smartfon Tensor G2 prosessoru ilə təchiz ediləcək. Bundan əlavə, Pixel 7 8 GB RAM və 128 GB/256 GB yaddaş variantları ilə təklif olunacaq. Həmçinin 6,3 düymlük FHD + 90 Hz təsvir ölçülü OLED ekrana sahib olacaq model 30 Vt sürətli şarj dəstəyi ilə 4700 mAh batareyaya sahib olacaq.

Pixel 7-nin ikili arxa kamera quraşdırması, 50MP əsas və 12MP ultra geniş bucaqlı olacağı deyilir. Telefonun ön hissəsində isə tək 11MP kamera olacaq. Google Pixel 7 və Pixel 7 Pro oktyabrın 6-da keçiriləcək tədbirdə təqdim olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az