Google Play Games daha 2 ölkədə istifadəyə verilib

Bənövşə Kazımova
11 İyul 2022 13:30
67 baxış
Google Play Games daha 2 ölkədə istifadəyə verilib

Google mobil oyun həvəskarlarına Windows əməliyyat sistemində Android oyunları təklif edən Play Games platformasını təqdim etmişdi. Verilən məlumatlara görə, hələ beta versiyasında olan Google Play Games daha 2 ölkədə aktiv edilib.

Honq-Konq, Cənubi Koreya və Tayvanda istifadə olunan beta versiya Tayland və Avstraliyada aktivləşib. Platformanı 2022-ci ildə daha çox ölkədə əlçatan edəcəyini bildirən Google hələ macOS əməliyyat sistemi versiyasını isə təqdim etməyib.

Bundan əlavə, platformanın masaüstü kompüterlərdə mobil oyun oynamaq istəyən istifadəçilər üçün çox əlverişli olacağı bildirilir. Çünki Google Play Games Google hesabları ilə daxil olan istifadəçilərə mobil cihazlarında oynadıqları oyunlara qaldıqları yerdən davam etmək imkanı təqdim edir. Mövzu ilə bağlı açıqlama verən şirkət platforma ilə mobil oyunlarda təhlükəsizlik nəzarətini artırdığını bildirib.

© copyright 2022 | tech.az | info@tech.az