Google-un bulud oyun xidməti Stadia bağlanır

Bənövşə Kazımova
01 Oktyabr 2022 11:55
93 baxış
Google-un bulud oyun xidməti Stadia bağlanır

Google bir çox oyunu ehtiva edən və müxtəlif qitələrdən ümumilikdə 23 ölkədə fəaliyyət göstərən Stadia xidmətini bağlayacağını açıqlayıb. Stadia abunəçisi olan istifadəçilər 18 yanvar 2023-cü ilə qədər Stadia-ya daxil olan oyunları oynaya biləcəklər.

Oyun kompüteri və ya oyun konsoluna ehtiyac duymadan və oyunları yükləməyə ehtiyac olmadan bir çox oyunu oynaya biləcəyiniz bulud əsaslı oyun xidməti hazırda bir çox ölkədə istifadə olunsa da, gözləntiləri qarşılamayıb. Buna görə də şirkətin belə bir qərar verdiyi ehtimal olunur.

Onu da vurğulayaq ki, ötən həftə Ubisoft Forward tədbirində yeni Assassin's Creed oyunlarını təqdim edən Ubisoft Assassin's Creed Mirage-in çıxacağı platformalara Google Stadia-nı daxil etməyib.

© copyright 2022 | tech.az | info@tech.az