“Google”un əmlakına Rusiyada həbs qoyulub

Bənövşə Kazımova
17 Sentyabr 2022 12:27
95 baxış
“Google”un əmlakına Rusiyada həbs qoyulub

Google şirkətinin Rusiya bölməsinin hesablarına və əmlakına Moskva Arbitraj Məhkəməsi tərəfindən həbs qoyulub. Məsələ ilə bağlı Dövlət Dumasının İnformasiya Siyasəti Komitəsinin sədri Aleksandr Xinşteyn məlumat verib.

Xinşteyn bildirib ki, Moskva Arbitraj Məhkəməsi Duma TV-nin iddiası əsasında müvəqqəti tədbir kimi şirkətin hesablarına və əmlakına həbs qoyub. Həbs qoyulmasının səbəbi isə aprel ayında parlament televiziyasının “YouTube” kanalı heç bir səbəb olmadan bağlamasıdır. Buna görə də Duma TV Google-u məhkəməyə verib.

Açıqlamada həmçinin qeyd olunub ki, iş üzrə məhkəmə iclası oktyabrın 19-da keçiriləcək.

© copyright 2022 | tech.az | info@tech.az