GTA 6-nın yaxın zamanda rəsmi anonsu gözlənilir

Bənövşə Kazımova
09 Sentyabr 2022 10:53
132 baxış
GTA 6-nın yaxın zamanda rəsmi anonsu gözlənilir

Rockstar Games rəsmi internet saytında Red Dead Redemption 2, GTA 5 və GTA onlayn oyunları üçün güncəlləmə dəstəyini dayandırdığını açıqlayıb.

Grand Theft Auto ən populyar oyun seriyalarından biridir. Xüsusilə, 2013-cü ildə çıxan GTA 5 ilə satış rekordları qıran oyun, 9 il keçməsinə baxmayaraq, hələ də milyonlarla oyunçu tərəfindən oynanılır. GTA 5-dən təxminən 9 il keçib və seriyanın maraqla gözlənilən oyunu Grand Theft Auto 6 (GTA 6) haqqında hələ də dəqiq məlumatlar verilməyib.

Rockstar Games-in köhnə oyunları dəstəkləməyi dayandırması onun fərqli layihələrə diqqət yetirəcəyini göstərir. Bu layihələrdən ilk ağıla gələn maraqla gözlənilən GTA 6-dır. Artıq şirkətin bütün diqqətini GTA 6-ya yönəldəcəyi və oyunun rəsmi anonsunun tezliklə veriləcəyi gözlənilir. Daha əvvəl də şirkət oyunun inkişaf mərhələsində olduğunu bildirmişdi.

© copyright 2022 | tech.az | info@tech.az