GTA seriyası 7,68 milyard dollar gəlir əldə edib

Bənövşə Kazımova
16 Avqust 2022 12:30
117 baxış
GTA seriyası 7,68 milyard dollar gəlir əldə edib

Take-Two keçirdiyi maliyyə toplantısında Grand Theft Auto-nun maliyyə məlumatlarını paylaşıb.

Şirkətin maliyyə hesabatına görə, oyun dünyasının ən əhəmiyyətli istehsalları arasında olan Grand Theft Auto seriyası 2013-cü ildə GTA 5-in buraxılmasından bu yana 7,68 milyard dollar gəlir əldə edib. GTA V oyununun satışı isə 170 milyon ədədə çatıb.

Oyun həvəskarlarının səbirsizliklə gözlədiyi GTA 6-nın hazırda inkişaf mərhələsində olduğu və 2024-cü ilin sonlarına doğru çıxacağı bildirilir. Buna görə də GTA 5-in bazardakı üstünlüyü uzun müddət davam edəcək.

© copyright 2022 | tech.az | info@tech.az