GTA seriyasının oyunu Vice City Google Play Store-dan silinib

Səbinə Eyvazova
09 İyul 2022 13:30
68 baxış
GTA seriyasının oyunu Vice City Google Play Store-dan silinib

Rockstar Games şirkəti heç bir xəbərdarlıq etmədən GTA Vice City oyununu Google Play Store-dan silib. 

Bununla belə, oyunun hələ də iOS App Store-da olduğu bildirilir. Əgər siz Android-də GTA Vice City-ni almamısınızsa, şirkət onu yenidən "Play Store"-a əlavə edənə qədər onu ala bilməyəcəksiniz. Oyunu silinməmişdən əvvəl satın almısınızsa və oyun quraşdırılıbsa, heç bir problem olmadan oynamağa davam edə biləcəksiniz.

Məsələ ilə bağlı şirkətdən rəsmi açıqlama gözlənilsə də, hələlik Rockstar Games heç bir rəsmi cavab verməyib. Ehtimal edilir ki, Rockstar Google Play Store-dan GTA Vice City oyununu sildikdən sonra PC və konsollarda olan GTA Trilogy Remastered versiyasını mobil cihazlarda təqdim edəcək.

© copyright 2022 | tech.az | info@tech.az