Günəş enerjisi ilə işləyən elektrik avtomobilləri istehsal edən Lightyear 85 milyon dollar sərmayə alıb

Bənövşə Kazımova
06 Sentyabr 2022 15:42
56 baxış
Günəş enerjisi ilə işləyən elektrik avtomobilləri istehsal edən Lightyear 85 milyon dollar sərmayə alıb

Günəş enerjisi ilə işləyən elektrikli avtomobillər hazırlayan Lightyear 85 milyon dollar sərmayə alıb. İyun ayında ilk avtomobil modelini təqdim edən startapın ümumi investisiya məbləği aldığı sərmayə ilə 100 milyon dollara yüksəlib. Startap sərmayədən fəaliyyətini daha da genişləndirmək üçün istifadə edəcəyini açıqlayıb.

Hollandiyada yerləşən elektrik avtomobili  istehsalçısı Lightyear 2016-cı ilin sentyabrında təsis edilib. Həmçinin startapın Light 0 elektrikli avtomobilinin bu ilin sonunda 946 ədəd istehsal ediləcəyi və avtomobilin qiymətinin 250 min Avro olacağı bildirilib.

Avtomobilin Hollandiya kimi günəşin az olduğu yerlərdə 2 ay, İspaniya və Portuqaliya kimi isti iqlimlərdə isə 7 ay müddətində şəhərdə şarj edilmədən istifadə edilə biləcəyi edilir.

© copyright 2022 | tech.az | info@tech.az