Hilton kosmosda “dünya mənzərəli otel” dizayn edəcək

Bənövşə Kazımova
24 Sentyabr 2022 16:39
107 baxış
Hilton kosmosda “dünya mənzərəli otel” dizayn edəcək

"Hilton Hotels” şəbəkəsi kosmosda “dünya mənzərəli otel” dizayn etməyi planlaşdırır. Belə ki, şəbəkə bu məqsədlə Beynəlxalq Kosmik Stansiyanı əvəz etməsi planlaşdırılan “Starlab” otaqlarını və istirahət zonalarını dizayn edəcəyini açıqlayıb. “Starlab” lüks kosmonavt otaqlarına sahib olacaq.

Məsələ ilə bağlı açıqlama verən otellər şəbəkəsinin sözçüsü “Hilton”ın əvvəllər də kosmosda ikiqat şokoladlı peçenye hazırlamaq üçün NASA ilə əməkdaşlıq etdiyini, buna görə də Starlab Kosmik Stansiyasında peçenyelərin də ola biləcəyini qeyd edib.

Vuğulayaq ki, Starlab Stansiyası “Voyager Space” adlı özəl şirkət tərəfindən qurulacaq. Həmçinin stansiyanın 2027-ci ilə qədər Yer orbitinə çıxması planlaşdırılır. Stansiyada dörd kosmonavtdan ibarət daimi ekipaj olacaq. Bundan əlavə, ekipaj ən müasir laboratoriya ilə təmin olunacaq. Starlab Kosmik Stansiyasının interyeri ilə bağlı dəqiq məlumatlar isə hələlik açıqlanmayıb.

© copyright 2022 | tech.az | info@tech.az