Hindistanda iPhone 14 istehsalına başlanıb

Bənövşə Kazımova
26 Sentyabr 2022 12:02
80 baxış
Hindistanda iPhone 14 istehsalına başlanıb

Pandemiyadan sonra Apple da istehsal nöqtələrini diversifikasiya etməklə, Çindən asılılığını azaltmaq niyyətindədir. Bu məqsədlə şirkət ötən həftələrdə təqdim etdiyi iPhone 14 modelini yeni bir ölkədə istehsala çıxarır.

Apple 2017-ci ildən Hindistanda yerli smartfonlar istehsal edir. Lakin bu ilə qədər iPhone istehsalçısı Hindistandakı qurğulardan köhnə nəsil telefonların istehsalı üçün istifadə edirdi. Bu ildən etibarən isə şirkət Hindistanda yeni nəsil modellərini istehsal etməyə başlayıb. Açıqlamaya görə, ölkədə iPhone 14 və iPhone 14 Plus modelləri istehsal ediləcək.

Şirkətin qlobal tərəfdaşı Foxconn cihazları Çennay yaxınlığındakı Sriperumbudur müəssisəsində istehsal edəcək. Yerli istehsal olan iPhone modelləri bu ilin sonunda ölkədə satışa çıxarılacaq. Apple gələcəkdə Hindistanda istehsalı artırmağı planlaşdırır. Hindistanın gələcəkdə qlobal iPhone istehsal mərkəzinə çevriləcəyi gözlənilir. Bu il ümumi iPhone istehsalının 5%-nin bu ölkədə istehsalı planlaşdırıldığı halda, 2025-ci ilə qədər bu nisbətin 25%-ə yüksələcəyi ehtimal olunur.

 


 

© copyright 2022 | tech.az | info@tech.az